Tələbələrə xüsusi güzəşt təklif olunur –<font color=red> Yeməkdən ictimai nəqliyyata qədər </font>

Cəmiyyət

09.10.2019 - 10:19

Millət vəkili: “Təhsil Nazirliyi bu məsələni həll etməlidir”

 

Bu yaxınlarda Türkiyədə təhsil alan bir qrup azərbaycanlı tələbə o ölkənin təhsil sistemini Azərbaycanın təhsil sistemi ilə müqayisə etmişdi. Tələbələr Türkiyədə onlar üçün minimum qiymətə yemək talonları, ən ucuz şəkildə nəqliyyat xərcləri və xüsusi güzəşt kuponları olmasından danışaraq, bu qaydanın Azərbaycanda da tətbiqinin vacibliyini qeyd etmişdilər. Belə ki, Türkiyə universitetlərində tələbələrə verilən xüsusi talonlar vasitəsilə tələbələr minimal qiymətə yemək, yataqxana və ictimai nəqliyyatla təmin olunurlar.

 

Tələbələrin sözügedən təklifinə necə baxırıq? AYNA bu suala cavab tapmağa çalışıb.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə təklifə “isti” yanaşır: “Tələbələrin dəstəyə ehtiyacı var. Ona görə də belə bir məsələnin müzakirə olunmasının tərəfdarıyam”.

Mərahim Nəsib