Keçmiş məmurdan ağır ittihamlar: “Yuxarıya rüşvət vermədiyim üçün başımıza açmadıqları oyun qalmadı”

Cəmiyyət

25.07.2019 - 15:41

Həkimlər Klinikalar SEO Xidməti

Qarşı tərəf isə ittihamları qəbul etmir: “Biz ondan qəzet pulu istəmişik, lakin o, bizi şantaj edir”

 

Lerik rayonunun Orand kəndinin sakini, bir müddət Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının Orand inzibati dairəsi üzrə nümayəndəsinin müavini işləmiş Vaqif Cənnətov AYNA-ya şikayət məktubu ünvanlayıb. O, RİH-dən və Rayon Prokurorluğundan şikayətçidir. Məktubun mətnini təqdim edirik:

 

“35 yaşım var. Ailəliyəm. Ali təhsilliyəm. 2 məktəb yaşlı övladım var. Ata-anam xəstə və təqaüdçüdür. Hərbi xidmətimi başa vurduqdan bir qədər sonra, 2012-ci ildən kəndimizdəki ərazi dairəsinə baş mühasib-məsləhətçi təyin olunmuşam. 2 ildən (2014-cü ildən) sonra isə vəzifəmi böyüdüb məni ərazi nümayəndəsinin müavini təyin etdilər. Kəndimiz çox balaca ərazidən ibarətdir. Cəmi 2 min nəfərə yaxın əhalisi, 250-dən bir qədər artıq təsərrüfatı var. Əhali çox çətinliklə dolanır - iş yox, təsərrüfat üçün texnika yox”.

Ayna.az