Avropa İttifaqı Gürcüstana sanksiya tətbiqini nəzərdən keçirir

Dünya

15.05.2025 - 08:15

Həkimlər Klinikalar SEO Xidməti

Səfir: "Gürcüstanda son aylarda gördüyümüz ən pis şey qorxu, zorakılıq, vəhşilik və küçələrdə insanları döyənlərin tam cəzasız qalmasıdır”

“Ötən il baş verən hadisələr Gürcüstanın nə dərəcədə demokratik qaldığı və Avropa İttifaqına nə qədər qoşulmaq istəməsi ilə bağlı suallar doğurub”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

Onun sözlərinə görə, Gürcüstana imtiyazlı münasibət sual altındadır: “Söhbət təkcə namizəd statusundan deyil, həm də assosiasiya sazişindən, vizasız rejimdən və azad ticarət sazişindən gedir”.

"Biz bütün bu imtiyazların layiq olub-olmadığını qərar verməliyik. Brüssel bunları nəzərdən keçirir ", - diplomat qeyd edib.

Qerçinski eyni zamanda, sanksiyalar məsələsinin də müzakirə olunduğunu vurğulayıb: "Gürcüstanda son aylarda gördüyümüz ən pis şey qorxu, zorakılıq, vəhşilik və küçələrdə insanları döyənlərin tam cəzasız qalmasıdır. Buna görə də biz Avropa İttifaqı olaraq sanksiyalar tətbiq etməyə çalışırıq. Bunun üçün Avropa İttifaqının 27 üzvünün razılığı lazımdır. Lakin indiki mərhələdə bu razılıq yoxdur. Buna görə də əksər ölkələr Gürcüstan şəhərlərinin küçələrində zorakılığa görə məsuliyyət daşıyanlara qarşı ikitərəfli sanksiyalar tətbiq etmək qərarına gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş