Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı artıb. 14,5 mindən çox insan isə COVID-19-un qurbanı olub.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Təşkilatın son məlumatına görə, dünyada xəstələrin ümumi sayı 332 930 nəfər olub. Yoluxma hallarının əksəriyyəti, 170 mindən çoxu Avropada qeydə alınıb.
Həmçinin yeni virusdan 14 510 ölüm hadisəsi qeydə alındığı bildirilir. Bu göstəricilərin 8 mindən çoxu Avropanın payına düşür.
COVID-19-a yoluxma və ölüm hadisələrinin ən kiçik sayı Afrikada qeydə alınıb. 990 yoluxma və 23 ölüm.
Son gün ərzində Suriya, Qrenada və Mozambikdə koronavirusa ilk yoluxma halları qeydə alınıb.