İdlib yenə bombalanıb

Dünya

27.08.2019 - 21:31

5 nəfər ölüb

 

Bəşər Əsəd qüvvələri və Rusiya döyüş təyyarələri İdlibi növbəti dəfə bombalayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 qadın və 1 uşaq daxil olmaqla 4 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.

 

Bundan əvvəl də Rusiya döyüş təyyarələri Suriyanın Tal Mans şəhərinə hücum edərək 5 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olmuşdu.

 

Suriya İnsan Haqları (İHH) təşkilatı hadisədən dərhal sonra yerli əhalinin Türkiyə sərhədinə doğru köç etdiyini bildirmiş, zərərçəkənlərə isə bir sıra təcili yardım ləvazimatları paylamağa başladıqlarını vurğulamışdılar.

Müəllif: Ayna.az