Son sutkada 27 nəfər COVID-19-dan ölüb

Cəmiyyət

14.02.2022 - 19:15

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 749 yeni yoluxma faktı qeydə alınıb, 3 971 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 747 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 690 059 nəfər müalicə olunaraq sağalıb, 9 077 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 251, ötən müddət ərzində isə ümumilikdə 6 398 476 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş