Sadəcə kişilər oxusun: O, stresə qarşı əleyhqazdır

Cəmiyyət

25.06.2019 - 21:56

Kişilər ata olandan sonra yaxın dostlarını itirirlər – İlginc araşdırma

 

Ata olandan sonra ilk 12 ayda yaxın dostlarını itirən kişilərin sayı getdikcə artır. Övlad sahibi olmaq bir çox kişi üçün həyatın ən dəyərli nemətlərindən biri olaraq qəbul edilsə də, valideynliyə keçid məhələsi özü ilə bərabər çətinlikləri də gətirir. Və bu dönəm kişilər üçün dostlardan, məsləkdaşlardan, ailədən məsləhət almağın çox önəmli olduğu bir zaman halına gəlir.

 

AYNA xarici mətbuatda gedən araşdırmalara istinadən xəbər verir ki, bu istiqamətdə aparılan araşdırmalar, hər 5 kişidən birinin yaxın dostları ilə münasibətlərinin atalığın ilk ilində zədələndiyini göstərir. Daha betəri isə, yaxın dostları olmayan atalar valideynliyin gətirdiyi qaçılmaz stresin öhdəsindən gəlməkdə daha çox əziyyət çəkirlər.

Araşdırmalarda qeyd olunur ki, kişilərin yüzdə 23-ü ata olandan sonra özünü tərk edilmiş hiss edir. Həmçinin valideynlik basqısı gənc atalara daha çox təsir göstərir. 18-35 yaş aralığında kişilərin, təxminən yüzdə 40-ı, 55-dən çox yaşı olanların isə yüzdə 11-i bu durumdan əziyyət çəkir.

 

Gənc ataların yüzdə 29-da yüksək stress səviyyəsi müəyyən edilərkən, yaşı 55-dən yuxarı olanlarda bu rəqəm yüzdə 17-dir.

 

Nəticələrı görə, münasibətlərin səviyyəsindən məmnun olmayan atalarda streslə mübarizə ehtimalları daha azdır. Bu, kişilərin onlara heç kimin sahib çıxmaması və rədd edilmək qorxusunu ehtiva edir.

 

Və sonda araşdırmaçılar bu qeydi diqqətə çatdırırlar: “Araşdırmamız sizə sahib çıxan yaxın dostlarınızın yaşadığınız stresə qarşı əleyhqaz vəzifəsini daşıdığını göstərir. Dostlarla vaxt keçirmək həm sizin, həm də ailənizin yaxşılığı üçün yenidən enerji yığmağınıza yardım edir”.

Müəllif: Ayna.az