Pensiya yaşına çatmadan vəfat edən şəxsin pensiyası onun övladlarına ödənilsin

Cəmiyyət

23.10.2019 - 12:06

Ünvanlı sosial yardımın məbləği minimum istehlak meyarına deyil, minimum əməkhaqqına uyğunlaşdırılmalıdır

 

Mövcud sosial proqramlar necə təkmilləşdirilməli? İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sosial istiqamətdə hansı islahatların aparılması ilə bağlı hazırladığı mexanizmin qısa təsvirini təqdim edirik:

 

Hazırda ən çox müraciət edilən, eləcə də müzakirə edilən sosial proqram ünvanlı sosial yardım proqramıdır. Bizim qiymətləndirmə də göstərir ki, ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsinə ehtiyac var. Biz təklif edirik ki, proqramın re-brendinqi həyata keçirilsin.

 

Monitorinqlərimiz göstərir ki, vətəndaşlar arasında da ünvanlı sosial yardım proqramına “şeş-qoşa” adı verilib. Çünki bu proqram icra edilməyə başlayan zaman, uzun müddət ünvanlı sosial yardım proqramı çərçivəsində 6 ay məmurun, 6 ay ünvanlı sosial yardım alacaq vətəndaşın prinsipi, yəni “6-6” prinsipi ilə əlaqəlidir.

Vüqar Bayramov, deputat, iqtisadçı-ekspert