Şamaxıda zəlzələ olub

Hadisə

24.03.2021 - 17:58

Birinci hiss edilməsə də, ikinci yeraltı təkan 3 bal gücündə baş verib

 

Martın 24-də Şamaxı rayonu ərazisində yeraltı təkan baş verib. Bu barədə AYNA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

 

Qeyd olunub ki, baş verən yeraltı təkanın maqnitudası 3 bal gücündə olub.

 

Zəlzələ yerli vaxtla saat 16:40-da Qobustan stansiyasından 27 kilometr qərbdə qeydə alınıb. 

Müəllif: Ayna.az