FHN-dən bölgələri bürüyən yanğınla bağlı açıqlama

Hadisə

27.08.2019 - 12:32

“Yanğınlar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb”

 

Fövqəladə Hallar Nazirliyi (FHN) bölgələrdə başlamış yanğınlarla bağlı məlumat yayıb. AYNA-ya daxil olan məlumatda deyilir:

 

“Bildiririk ki, Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb”.

Müəllif: Ayna.az