Zəlzələ episentrdə və ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub
Lənkəran rayonunda zəlzələ olub. Bu barədə AYNA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda qeydə alınıb. Zəlzələ episentrdə və ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.