Axtarışda olduğuna görə 16 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 7-dən 8-dək Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 21 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.