Kürdəxanıda yeddi nəfər dənizdə batıb
Dənizdə batanlar Kürdəxanı qəsəbə sakinləri Əli, Balopba, Murad və Kamran adlı gənclər olub. Dənizdə batan gənclərin 7 nəfər olduğu bildirilir. AYNA moderator.az-a istinadən xəbər verir ki, onlardan üç nəfəri xilas olsa da adlarını qeyd etdiyimiz gəncləri xilas etmək mümkün olmayıb.
İndiyədək Balopba və Əli adlı gəncin meyiti dənizdən çıxarılıb. Hazırda Kamran və Muradın axtarışları davam etdirilir. Qəsəbə sakinləri gənclərin meyitini tapmaq üçün Kürdəxanıda Ləyiş bağları adlanan çimərlikdə səfərbər olublar.