Rusiyada koronavirusun yeni ştammı aşkar edilib

Dünya

11.01.2021 - 03:22

Virusun bu növü əvvəlki variantdan 70 faiz daha yoluxucudur

 

Rusiyada koronavirusun Britaniya ştammına ilk yoluxma faktı təsdiqlənib. Bu barədə AYNA rus mediasına istinadən bildirir.

 

Qeyd edilib ki, koronavirusun yeni ştammı ölkəyə Britaniyadan qayıdan vətəndaşda qeydə alınıb.

 

Xatırladaq ki, yeni ştamm ilk dəfə ötən il dekabrın ortalarında Böyük Britaniyada aşkarlanıb. Koronavirusun bu növü əvvəlki variantdan 70 faiz daha yoluxucudur. Ona görə də təhlükəli sayılır. Lakin yeni ştammdan ölüm halının qeydə alınması barədə məlumat yoxdur.

 

Koronavirusun mutasiyaya uğramış yeni forması artıq onlarla ölkədə aşkarlanıb.

 

 

 

Müəllif: Ayna.az