Son 24 saatda 4 min 921 yeni yoluxma qeydə alınıb
Rusiyada COVID-19 virusuna yoluxanların sayı 951 min 897 nəfərə çatıb. AYNA xəbər verir ki, Rusiyanın İnfeksiyaya Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasına görə son 24 saatda 4 min 921 nəfərdə COVID-19 virusunun aşkarlanması ilə yoluxanların sayı 951 min 897, ölənlərin sayı isə 121 nəfər arataraq 16 min 310-a çatıb.
COVID-19 virusundan sağalanların sayı isə 6 min 147 nəfər artaraq 767 min 477-yə yüksəlib. Paytaxt Moskvada son 24 saatda yoluxma sayı 687 nəfər artaraq 256 min 513-ə, ölü sayı isə 10 nəfər artaraq 4 min 720-yə çatıb. Bildirilir ki, yeni yoluxma hallarının yüzdə iyirmi beşində simptomlaraa rast gəlinməyib.
Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarını Qoruma Xidmətində aparılan araşdırmaya görə son 24 saatda 316 min test edilib və bu günə qədərki test sayı toplam 34 milyon 100 min olub.
Qeyd edək ki, Rusiyada COVID-19 virusuna ilk yoluxma faktı bu ilin 31 yanvar tarixində qeydə alınıb. COVID-19 virusundan ilk ölüm isə 19 martda baş verib. Ölkədə mart ayının sonundan ciddi tədbirlər görülüb. Yoluxma sayının az olduğu bölgələrdə yumşaltmaya gedilib. Bununla bərabər qapalı və insanların sıx toplaşdığı yerlərdə maska, əlcək taxılmasının zəruri olduğu bildirilib.
Mart ayının 30-dan paytaxt Moskvada küçəyə çıxma qadağası tətbiq edilib və bu vəziyyət 9 iyuna qədər davam edib. 27 martdan isə bütün beynəlxalq uçuşlar təxirə salınıb, ancaq bu avqust ayından Türkiyə, Birləşmiş Krallıq, Tanzaniya, İsveçrə ilə qarşılıqlı beynəlxalq və çarter reyslərlərl uçuş həyata keçirilib.