Rusiyada bir gündə 8 mindən çox yoluxma

Dünya

10.06.2020 - 21:42

Rusiyada koronavirusa yoluxnaların sayı artıb 

 

Rusiyada son sutka ərzində daha 8 404 nəfərdə koronavirus aşkarlanıb, 216 pasiyent vəfat edib.

 

AYNA xarici mətbuata istinadən bildirir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 493 657-yə, bu virusdan ölənlərin sayı isə 6 358-ə yüksəlib.

 

Bundan əlavə, indiyədək 252 783 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 234 516 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağırdır.

Müəllif: Ayna.az