Rusiya Gürcüstanla hava əlaqələrini bərpa etmir

Dünya

11.02.2021 - 15:58

Rudenko: “Rusiyanın bununla bağlı şərtləri qüvvədə qalır”

 

“Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin bərpası müzakirə olunmur. İki ölkə arasında hava əlaqəsinin bərpası ilə bağlı daha öncə irəli sürülən şərtlər qüvvədə qalır”. AYNA xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

 

Nazir bildirib ki, Rusiyanın Gürcüstanla hava əlaqələrinin bərpası məsələsi gündəmdə deyil: “Birbaşa aviauçuşların bərpası məsələsi koronavirus pandemiyası ilə bağlı vəziyyətdən və Gürcüstan tərəfinin rusiyalıların ölkə ərazisində təhlükəsizliyinin təminatı ilə bağlı şərtlərin yerinə yetirməsindən asılıdır. Bu şərtlər Rusiyanın rəsmi şəxsləri tərəfindən dəfələrlə səsləndirilib”.

 

Xatırladaq ki, Rusiya Gürcüstanla hava əlaqəsini 2019-cu il iyulun 8-dən dayandırıb.

Müəllif: Ayna.az