ABŞ Paris razılaşmasından çıxır

Dünya

05.11.2019 - 06:39

Razılaşmanın qüvvədə olma müddəti 1 il sonra başa çatır

 

ABŞ-ın dövlət katibi Maykl Pompeo Birləşmiş Ştatların iqlim üzrə Paris razılaşmasından çıxdığını bildirib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, dünən çıxış prosesinin rəsmiləşdirilməsinə başlanıb.

 

Razılaşmanın qüvvədə olma müddəti 1 il sonra başa çatır.

 

Pompeo əlavə edib ki, Amerika administrasiyası BMT-yə öz qərarı barədə xəbərdarlıq edib.

 

Müəllif: Ayna.az