Ruhani yoluxmanın səbəblərindən danışıb
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Milli Koronavirus Komitəsinin Tehranda keçirilən iclasından sonra pandemiyanın son vəziyyəti barədə açıqlama verib. AYNA xəbər verir ki, Ruhani ictimai nəqliyyatda sosial məsafənin təmin olunmamasını tənqid edib və bunun yoluxma sayının artmasının səbəblərindən biri olduğunu söyləyib.
O, həmçinin səlahiyyətlilərdən bu mövzuda lazımi nəzarət edilməsini istəyib.
Ruhani qeyd edib ki, bəzi bölgələrin “qırmızı” və ya “riskli” sinfə düşməsinin digər səbəbləri şəhərlərarası səfərlər, toylar və yas mərasimləri ilə bağlıdır.
Bununla yanaşı, İran Prezidenti son təcrübə baxımından ümumi və geniş məhdudiyyətlərin tətbiq olunmayacağını ifadə edib: “Yeni məhdudiyyətlər yalnız “qırmızı” və ya “riskli” ərazilərdə tətbiq ediləcək. Həmin bölgələrdə də səlahiyyətli şəslərə yetərli səlahiyyətlər veriləcək”.