Üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən "Vaz" dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib. Agentlik bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.