Putin orduya əmr verdi

Dünya

25.03.2020 - 18:16

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Silahlı Qüvvələri koronavirusla mübarizə tədbirlərinə cəlb olunub

 

Rusiya Prezidenti Vladimir Putin dünyanı cənginə almış Covid-19 böhranı ilə bağlı təlimat verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Kreml rəhbəri Rusiya Ordusunun da mübarizə tədbirlərinə cəlb olunması əmrini verib.

 

Rusiyanın Müdafiə Nazirliyindən bildirilib ki, 25-28 mart tarixlərində ordu hissələrinin apardığı təftiş tədbirləri bütün xəstəxanaları, nüvə, bioloji və kimyəvi müdafiə qurumlarını əhatə edəcək.

 

Qeyd edək ki, Rusiyada da qısa müddətdə koronavirusa yoluxanların sayı artıb. Ölkədə rəsmi rəqəmlərə görə, 658 yoluxma və 1 ölüm faktı qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş