Tramp istefa verən nazirin yerinə namizədini açıqladı

Dünya

19.10.2019 - 03:35

Donald Tramp: “O, professionaldır"


 
ABŞ prezidenti Donald Tramp dünən istefa verən Energetika naziri Rik Perrinin yerinə namizədini açıqlayıb.

 

AYNA xəbər verir ki, Tramp bu postda Perrinin birinci müavini Den Bryuetti görmək istəyir. Ağ Ev rəhbəri bu haqda Tvitter səhifəsində yazıb:

 

“O, professionaldır. Denin mükəmməl işləyəcəyinə şübhəm yoxdur”.

 

Tramp Rik Perrini isə dostu adlandırıb.

 

Müəllif: Ayna.az