Putin Kommunist Partiyası ilə razılaşmadı: “Diktatura qurulmur”

Dünya

14.06.2020 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya lideri konstitusiya dəyişikliklərinin Prezidentin səlahiyyətlərini məhdudlaşdırdığını deyib

 

Rusiya Prezidenti Vladimir Putin Rusiya Kommunist Partiyasının ölkədə diktatura yaranması, bu məqsədlə konstitusiya dəyişikliklərinə gedilməsi iddiasına münasibət bildirib. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, dövlət başçısı əksinə, dəyişikliklərin Prezidentin səlahiyyətlərini məhdudlaşdırdığını deyib. Putin tənqidlərə təəccübləndiyini söyləyib.

 

"Əgər bu gün Prezident ölkə parlamentinin heç bir razılığı olmadan faktiki olaraq nazirləri təyin edirsə, referendumdan sonra bunu edə bilməyəcək. Son qərarı parlament verəcək. Bunun harası diktaturadır?”, - deyə Putin qeyd edib.

 

Putin bildirib ki, Rusiya əhalisinin böyük əksəriyyəti konstitusiya dəyişikliklərini dəstəkləyir.

 

Qeyd edək ki, Rusiya lideri yanvar ayında Federal Məclisə müraciət edərək ölkənin əsas qanununa dəyişikliklərin edilməsini təklif edib. Qanun martın 11-də Dövlət Duması tərəfindən qəbul edilib. Elə həmin gün Federasiya Şurası tərəfindən də təsdiqlənib.

 

Referendumun keçirilməsi 22 aprelə planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Rusiyadakı epidemioloji vəziyyət yaxşılaşandan sonra Putin yeni bir tarix elan edib və rusları səsvermədə fəal iştiraka çağırıb. Referendum iyulun 1-də keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş