Polşada prezident seçkiləri təxirə salındı

Dünya

07.05.2020 - 13:52

cedabet dərman SEO Xidməti

Seyminin spikeri seçkilərinin yeni tarixini ən münasib vaxtda elan edəcək

 

Mayın 10-da Polşada keçirilməsi planlaşdırılan prezident seçkiləri təxirə salınıb. AYNA xarici KİV-ə istinadən bildirir ki, hakim “Qanun və ədalət” partiyasının sədri Yaroslav Kaçinski və onun koalisiya müttəfiqi, “Saziş” siyasi birliyinin lideri Yaroslav Qodin bununla bağlı bəyanat veriblər.

 

Qeyd edilib ki, Polşa Seyminin spikeri seçkilərinin yeni tarixini ən münasib vaxtda elan edəcək. Plana əsasən, mayın 10-dan sonra Ali Məhkəmə seçkiləri baş tutmamış elan edəcək.

 

Qeyd edək ki, Polşada prezident seçkilərinin 10 mayda keçirilməsi nəzərdə tutulmuşdu. Koronavirus pandemiyası ilə bağlı seçimlər qeyri-müəyyən tarixə kimi təxirə salınıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş