Polis Xətai rayonunda əməliyyat keçirib

Xəbərlər

24.03.2021 - 21:23

Evdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

 

Paytaxtda oğurluqla məşğul olan şəxs yaxalanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, martın 15-də Xətai rayonu ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini X.Həşimov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az