Oktay Gülalıyevdən xəbər var

Xəbərlər

25.11.2019 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

T.Gülalıyev: "Yenə də gözləyirik”

 

“Atamın hazırda vəziyyəti dəyişməz olaraq qalır. Ümidimiz ikinci əməliyyatdan sonrayadır. Bu əməliyyat başından ödemin çəkilməsi üçün idi. Təəssüf ki, birinci əməliyyatı daha həllədici olsa da, ona gec müdaxilə olundu, əməliyyat nəticəsiz qaldı. Gözlədik, irəliləyiş olmadı. İndi yenə də gözləyirik”.

 

Hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyəti barədə son məlumatı AYNA-ya xəstənin öglu Təbriz Gülalıyev verib.

 

Məlumat üçün deyək ki, Oktay Gülalıyev artıq 27 gündür ki, komadadır. Avtoqəzadan sonra ağır vəziyyətdə Bakıda 1-ci beyin əməliyyatı keçirən hüquq müdafiəçisi təcili Türkiyədəki xəstəxanaya yerləşdirilsə də, vəziyyətində irəliləyiş olmayıb. Bu səbəbdən bir neçə gün əvvəl o, ikinci dəfə əməliyyat olunub.

Təbriz Gülalıyev adlı şəxsin şəkli.

Xəstənin əməliyyat xərclərini H.Əliyev Fondu öz üzərinə götürüb. 

Müəllif: Raminə Eyvazqızı