Dövlət başçısından daha bir yüksək vəzifəyə təyinat

Xəbərlər

29.11.2019 - 18:26

Məhərrəm Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin olunub

 

Prezident İlham Əliyev Məhərrəm Əliyevlə bağlı 3 sərəncam verib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ilk sərəncamla Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.

 

Növbəti sərəncamla M.Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin olunub.

Ayna.az