Nyu-York İtaliya və İspaniyanı geridə qoyub

Dünya

10.04.2020 - 19:07

Həkimlər Klinikalar SEO Xidməti

Virusdan ölənlərin sayı 6 min 269-a, yoluxanların sayı 151 min 171-ə çatıb

 

Koronavirusun ən çox yayıldığı ABŞ-da ölənlərin sayı rekord həddə çatıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, virusdan ən çox təsirlənən Nyu-Yorkda hakimiyyət böhranı tənzimləməkdə artıq çətinlik çəkir.

 

Belə ki, ABŞ-da son 24 saat ərzində 1890 nəfər ölüb ki, onlardan 799-u Nyu-Yorkda qeydə alınıb. Ümumi ölüm sayı isə 14 min 808-ə yüksəlib. 435 min 160 adama koronavirus diaqnozu qoyulub.

 

Nyu-Yorkda isə virusdan ölənlərin sayı 6 min 269-a, yoluxanların sayı 151 min 171-ə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş