Müsəlmanların etirazları və qanlı qarşıdurmalar səngimir

Dünya

25.02.2020 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Aksiyalar nəticəsində, 1-i polis olmaqla 7 nəfər həlak olub

 

Hindistanın paytaxtı Yeni Dehli şəhərində müsəlmanlar, kənarda qaldıqları vətəndaşlıq qanununa qarşı etirazları davam etdirirlər. AYNA xarici mətbuata istinadən xəbər verir ki, etirazlar nəticəsində, 1-i polis olmaqla 7 nəfər həlak olub.

 

Hindistan Təhlükəsizlik Qüvvələrinin sözçüsü Anil Kumar bildirib ki, qarşıdurmalar nəticəsində, 11-i polis olmaqla 50-dən çox insan xəsarət alıb.

 

Qeyd edək ki, “Vətəndaşları Tənzimləmə Qanunu” Hindistan Parlamenti tərəfindən qəbul edilib və Prezident Ram Nath Kovindin imzası ilə dekabrın 13-də qüvvəyə minib. Müsəlmanların vətəndaşlıq siyahısından kənarda qalması isə əhali arasında sərt reaksiyaya səbəb olub. Nəticədə paytaxt və bölgələrdə etirazlar baş qalıdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş