Moskvada karantin iki mərhələdə yumşaldılacaq

Dünya

07.06.2020 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

Bərbərxanaların və kafelərin tədricən işə salınması gözlənilir

 

Koronavirus pandemiyası səbəbindən Rusiyanın paytaxtı Moskvada tətbiq olunan karantin məhdudiyyətlərin aradan qaldırılması iki mərhələdə planlaşdırılır. AYNA xəbər verir ki, bu barədə "İnterfaks"a məlumatlı mənbədən bildirilib.

 

"Məhdudiyyətlərin aradan qaldırılmasının iki mərhələli olacağı ehtimal edilir - 10 və 15 iyun tarixləri", agentliyin mənbəsi söyləyib. Xəbərə görə, ilkin mərhələdə bərbərxanaların və kafelərin tədricən işə salınması gözlənilir. Bununla yanaşı, Moskvada gəzinti qrafikinin ləğvi məsələsinə də baxılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş