Rusiyada koronavirusdan ölənlərin sayı artıb
Moskvada daha 11 nəfər Covid-19-dan dünyasını dəyişib.
AYNA Rusiya mediasına istinadən xəbər verir ki, ölənlərin əksəriyyətinin digər xroniki xəstəlikləri də olub. Onlar 48-86 yaş aralığında olublar. Bununla paytaxtda virusdan ölənlərin sayı 106 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada 21 min 102 nəfərdə Covid-19 aşkarlanıb. 181 nəfər isə dünyasını dəyişib.