Rusiya neftinin qiyməti 45 dollara düşüb

Dünya

02.07.2026 - 16:42

İxrac gəlirləri may ayı ilə müqayisədə üçdə bir qədər azalaraq həftədə 1,9 milyard dollara düşüb

İranda hərbi əməliyyatların başlamasından sonra Rusiya iqtisadiyyatına müsbət təsir göstərən neft gəlirlərinin artması aradan qalxıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın “Urals” markalı xam neftinin qiyməti barel üçün 44,96 dollara düşüb. İyun ayının əvvəlindən bəri “Urals” markalı xam neftin qiyməti 40%, Hörmüz boğazı böhranının pik həddi ilə müqayisədə isə 2,5 dəfə ucuzlaşıb. Aprel ayında Rusiya nefti “Brent” markalı neftə endirim olmadan barel üçün 115 dollardan satılırdı.

“Uzaq Şərq ESPO” markalı xam neft hazırda barel üçün 61,27 dollardan satılır. Bununla belə, iyun ayının əvvəlindən bəri 20%, may ayının əvvəlindən isə 36% ucuzlaşıb. Bu fonda Rusiya neft şirkətlərinin gəlirləri azalır.

Agentliyin məlumatına görə, ixrac gəlirləri may ayı ilə müqayisədə üçdə bir qədər azalaraq həftədə 1,9 milyard dollara düşüb.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov NNS-ə verdiyi müsahibədə bildirib ki, neftə tələbat 2026 və 2027-ci illərdə yüksək olaraq qalacaq və yaxın gələcəkdə qiymət dəhlizi “Brent” markalı xam neftin bir bareli üçün 70-80 dollar arasında olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş