Ursula fon der Leyen Ermənistana işgüzar səfər edib
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ermənistana işgüzar səfər edib.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, onu İrəvanın Zvartnots hava limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
Səfəri çərçivəsində fon der Leyen Baş nazir Nikol Paşinyanla görüşəcək.
Qeyd edək ki, dünən Leyen Azərbaycanda səfərdə olub, Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib.