Kampaniyaya anasının paylaşımı ilə start verilib
Sosial mediada yeni kompaniyaya start verilib. AYNA xarici məbuata istinadən xəbər verir ki, “Dəmirtaş üçün azadlıq” adlanan kompaniyaya, Xalqların Demokratik Partiyasının (HDP) keçmiş sədri Səlahəddin Dəmirtaşın sərbəst buraxılması üçün başlanılıb.
Dəmirtaş üçün təşkil olunan azadlıq təşəbbüsü, dünən, yerli saatla 18:00-dan etibarən başlayıb. Azadlıq kompaniyasına Səlahəddin Dəmirtaşın anası Sadiyə Dəmitaşın paylaşımı ilə start verilib.
Qeyd edək ki, Dəmirtaş artıq üç ildir ki, Ədirnə həbsxanasında məhbus həyatı yaşayır.