Culfa rayonunun Yaycı kəndi ərazisində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində Ordubad rayonunu təbii qazla təmin edən magistral xətdə yaranmış qəza aradan qaldırılıb.
AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə səbəbindən bu gün saat 16:55-dən etibarən Ordubad rayonunun qaz təchizatı müvəqqəti dayandırılmışdı.
Aidiyyəti qurumun əməkdaşları tərəfindən aparılan operativ təmir-bərpa işləri uğurla yekunlaşdırılıb və rayona təbii qazın verilişi tam şəkildə bərpa olunub.