Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Xəbərlər

02.07.2026 - 15:57

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən AYNA.AZ-a verilən məlumata görə, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.

"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda bildirilir.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş