Bu küçələrdə avtobusların hərəkəti dayandırılır

Xəbərlər

02.07.2026 - 13:26

10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Bakının Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

AYNA.AZ xəbər verir ki, məhdudiyyət səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və  Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir.

3-5 iyul tarixlərində isə Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar 3, 6, 10, 17, 18 və 96 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti ilə təşkil ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş