Moldovada prezident seçkiləri baş tutub

Dünya

01.11.2020 - 21:46

Həkimlər Klinikalar SEO Xidməti

Prezident postu uğrunda 8 namizəd mübarizə aparır

 

Moldova president seçkiləri keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin baş tutduğunu elan edib.

 

Qeyd olunub ki, 1 milyon 50 mindən çox seçici səsvermə hüququndan istifadə edib ki, bud a prosesin baş tutduğunu deməyə əsas verir.

 

MSK açıqlamasında səslərin sayılması prosesinə başlanıldığını qeyd edib.

 

Xatırladaq ki, Moldova Prezidenti postu uğrunda 8 namizəd mübarizə aparır. Namizədlərdən biri 50 faizdən çox səs toplaya bilməsə, seçkilərin ikinci turu keçiriləcək.

 

Yerli sosioloji sorğulara əsasən, əsas mübarizə Moldovanın hazırkı Prezidenti İqor Dodon və sabiq Baş Nazir Maya Sandu arasında gedir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş