Moldova fövqəladə vəziyyət rejimini uzadıb

Dünya

12.09.2020 - 07:25

Bu ölkədə ictimai yerlərdə tibbi maskadan istifadə məcburidir

 

Moldova COVID-19 pandemiyası səbəbindən elan edilən fövqəladə vəziyyət rejimini sentyabrın 30-dək uzadıb.

 

AYNA xəbər verir ki, bu müddət ərzində xarici vətəndaşların ölkəyə girişi qadağandır, ictimai yerlərdə tibbi maskadan istifadə məcburidir.

 

Milli Fövqəladə Komissiya noyabrın 1-də keçiriləcək prezident seçkilərinə qədər təhsil müəssiələrində seçki məntəqələrin açılışından imtinaya çağırıb. 50 nəfərdən çox iştirakçı olmadan toy mərasimlərinin və digər tədbirlərin təşkilinə isə icazə verilib.

Müəllif: Ayna.az