COVID-19 xəstələri üçün stadionda 400 çarpayılıq xəstəxana qurulacaq
Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən və dünyanın ən böyük stadionlarından olan “Maracana”nın koronavirusla mübarizə üçün xəstəxana kimi fəaliyyət göstəriləcəyi açıqlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, COVID-19 xəstələri üçün stadionda 400 çarpayılıq xəstəxana qurulacaq.
Braziliya milli komandasının oyunlarını keçridiyi 80 min nəfərlik “Maracana” stadionu ilə Rio-de-Janeyroda müvəqqəti xəstəxanaların sayı 8-ə çatacaq.
Qeyd edək ki, Cənubi Amerika ölkəsində bu günə qədər 51212 nəfərdə COVID-19 aşkarlanıb ki, onlardan 202 nəfəri vəfat edib.