Daha bir məşhur insanda koronavirus aşkarlanıb
Amerikalı pop ulduzu Pink koronavirusa yoluxduğunu açıqlayıb. AYNA xəbər verir ki, o, bu barədə müğənni şəxsi "Twitter" səhifəsində yazıb.
Pink iki həftə əvvəl 3 yaşlı oğlu ilə birgə COVID-19 simptomlarını hiss etdiyini deyib. Onların hər ikisinin koronavirus testi müsbət nəticə verib. Müğənni oğlu ilə birgə iki həftə müddətində karantində olub.
"Bir neçə gün əvvəl keçirilən təkrar test bu dəfə mənfi nəticələndi. Həkimlər mənim və oğlumun sağaldığımızı dedilər", - Pink bildirib.