Hücumlar zamanı məscidlər yandırılıb və kütləvi ziyana məruz qalıb
Hindistanda müsəlmanları siyahıdan kənarda buraxan Yeni Vətəndaşlıq Qanununa qarşı ölkədə gərginlik artmaqda davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə son 48 saat ərzində 4 fərqli məscidə hücum təşkil edilib.
“Maulana Baksh”, “Jamia Arabia” “Madinatul Uloom” və “Babri Masjid” məscidlərinə təşkil edilən hücumlar zamanı məscidlər yandırılıb və kütləvi ziyana məruz qalıb. Bir qrup fəalın isə “Maulana Baksh” məscidinin minarəsinə qalxaraq bayraq dalğalandıması diqqətləri xüsusilə cəlb edib.
Bununla yanaşı, baş verən hücumlar nəticəsində məscidlərin yaxınlığında yerləşən bir çox ev və iş yerləri də zərər görüb.