Mərakeşdə rekord göstərici

Dünya

20.06.2020 - 08:52

Həkimlər Klinikalar SEO Xidməti

Son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb

 

Mərakeşdə koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 539 nəfərdə koronavirus aşkarlanıb.

 

AYNA “worldometers.info”ya istinadən bildirir ki, bununla da Mərakeşdə koronavirusa yoluxanların ümumi sayı 9 613-ə yüksəlib.

 

Son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb. Virus qurbanlarının ümumi sayı dəyişməz olaraq qalıb (213 nəfər).

 

İndiyədək 8 117 nəfər sağalıb. Ölkədə 1 283 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-si ağır vəziyyətdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş