Lukaşenkonun səhhəti qaydasındadır

Dünya

20.07.2020 - 01:34

Həkimlər Klinikalar SEO Xidməti

Belarus Prezidentinin xəstəxanaya yerləşdirilməsi təkzib edilib

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont açıqlama verib.

 

Eysmont qeyd edib ki, ənənəvi olaraq gözlənilməz şayiələr yayılır: “Prezidentin səhhəti qaydasındadır”.

 

Qeyd edək ki, Teleqram kanallarında Lukaşenkonun hipertonik kriz səbəbindən xəstəxanaya yerləşdirildiyi yazılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş