Makron cizgi filmlərini yayımlamaqda davam edəcəklərini bildirib
Küveyt Xarici İşlər Nazirliyi Fransanı təhdid edib. AYNA xəbər verir ki, Küveyt XİN Fransada Məhəmməd Peyğəmbəri təhqir edən cizgi filmlərinin davamlı yayımlanmasından narahat olduqlarını ifadə edib.
Açıqlamada Məhəmməd Peyğəmbərə qarşı bu cür təhqirləri dəstəkləməyin və saxlamağın ağır nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Məhəmməd Peyğəmbərin cizgi filmlərini yayımlamaqdan imtina etməyəcəklərini söyləyib.