Koronavirusun ən kiçik və ən yaşlı qurbanları

Dünya

23.03.2020 - 12:27

Həkimlər Klinikalar SEO Xidməti

İndiyədək dünya üzrə bu virusa yoluxanların sayı 337 723 nəfər təşkil edir

 

Covid-19 böhranı dünyanın 160-dan ölkəsini ağuşuna alıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, indiyədək dünya üzrə koronavirusa yoluxanların sayı 337 723 nəfər təşkil edir.

 

Ölənlərin sayı 14 441 nəfəri keçib. Xəstələrin ən çox öldüyü ölkə İtaliyadır, orada qısa müddətdə 4825 nəfər ölüb, virusun mənbəyi olan Çində bu göstərici 3261 nəfərdir.

 

Covid-19-a yoluxanlar arasında sağalma sayı da artmaqdadır. Bu günə qədər 96 958 insan virusla mübarizədən qalib çıxıb.

 

Beynəlxalq Səhiyyə İnstitutunun (ISS) məlumatına görə, ölənlər arasında orta yaş 78,5 kimi hesablanıb. Virus nəticəsində ölən ən gənc xəstə 31, ən yaşlı insan 103 yaşında olub. Ölənlərin 41%-nin 80-89 yaş arasında, 35%-nin 70-79 yaş arasında olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş