Türkiyədə seçki narazılığı: YSK təcili iclas çağırdı

Dünya

23.06.2019 - 15:27

İstanbul bələdiyyə seçkilərində seçicilərə "Millətvəkili seçkisi" möhürlü bülletenlər paylanması narazılıqla qarşılanıb

 

AKP və CHP-nin etirazları əsasında Türkiyə Yüksək Seçki Qurumu (YSK) təcili toplantı keçirmək qərarına gəlib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, etirazlar əsasən seçkidə "millət vəkili seçkisi" möhürlü olan bülletenlərinin aşkara çıxarılması ilə bağlıdır.

 

Bundan əvvəl Bəykoz İlçə Seçki Dairəsi bu zərflərin sayılmasına qərar verib. Lakin, bu bülletenlərin istifadə ediləcəyi əvvəldən YSK tərəfindən elan edilmədiyi üçün sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

 

YSK-nın təcili iclası bu bülletenlərin keçərli sayılıb-sayılmayacağına aydınlıq gətirəcək.

Müəllif: Ayna.az