Kəşmir müsəlmanlarının lideri: <font color=red> “Yaxşı ki, Türkiyə var”</font>

Dünya

27.09.2019 - 14:16

"Kəşmirlilərin qəlbində Ərdoğanın xüsusi yeri var”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında Kəşmir mövzusuna münasibət bildirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan BMT-də Kəşmir müsəlmanlarına böyük dəstək nümayiş etdirib.

 

Kəşmir müsəlmanlarının rəhbəri Məhəmməd Musta bildirib ki, bütün müsəlman ölkələri Kəşmir məsələsinə biganə yanaşdığı halda, Ərdoğanın rəhbərliyində Türkiyə Kəşmirə sahib çıxıb.

 

Kəşmir müsəlmanları liderlərindən Rəşid Abbasi də Türkiyəyə təşəkkürlərini bidlirib: “İllərdir ki, bütün çətinliklərə dözürük, Artıq müqavimət göstərməyə gücümüz çatmır. Kəşmirdəki müsəlmanların azad olamasını istəyirik. Türkiyə xaricindəki ölkələrin Kəşmirə səssiz qalması, bizi dərindən yaralayır. Yaxşı ki, Ərdoğan var.”

 

Kəşmirli jurnalist Tarık Naqaş da sözügedən fikirlərə şərik olub: “Ərdoğan bizə qayğı götərir. Biz kəşmirlilər olaraq ona təşəkkürümüzü bidlirirk. Kəşmirlilərin qəlbində Ərdoğanın xüsusi yeri var”.

Müəllif: Ayna.az