Koronavirusun dərmanını tapana pul mükafatı veriləcək

Dünya

10.02.2020 - 23:52

Həkimlər Klinikalar SEO Xidməti

"Əgər uğurlu olsalar, 1 milyon yuan verərək təşəkkür etmək istəyirəm"

 

Tanınmış aktyor Ceki Çan koronavirusa qarşı antidot tapana 1 milyon Çin yuanı (təxminən 243 min manat) verəcəyini elan edib. AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, aktyor epidemiyanın qarşısının alınması üçün hər şeyi etməyə hazır olduğunu deyib.

 

“Hansısa şəxsin və ya qurumun dərmanı tapması önəmli deyil. Əgər uğurlu olsalar, 1 milyon yuan verərək təşəkkür etmək istəyirəm. Daha əvvəl basabas olan küçələri boş görmək istəmirəm. Vətəndaşlarımızın həyatdan zövq almalı olduğu bir vaxtda ölümlə mübarizə apardıqlarını görmək istəmirəm”, - aktyor qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş