İyirmi beş min suriyalı Türkiyəyə geri qayıdıb

Dünya

02.09.2019 - 21:53

Suriyalıların geri qayıtması prosesinin 2019-cu ilin sonuna qədər davam edəcəyi gözlənilir

 

Bir müddət əvvəl Qurban Bayramını qeyd etmək üçün ölkələrinə gedən suriyalılar Türkiyəyə geri dönməyə başlayıblar.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkələrinə getmək üçün Türkiyə Kilis İcra Hakimiyyətindən icazə alan 60000-dən çox Suriya vətəndaşı, artıq Türkiyəyə qayıtmağa başlayıb.

 

Türkiyənin Miqrasiya idarəsi və Gömrük komitəsi tərəfindən yoxlanışdan keçən suriyalılar son müdaxilələrdən sonra Kilis şəhərinə girməklə Türkiyə ərazisinə daxil olublar.

 

Qeyd edək ki, Ramazan və Qurban bayramlarında ölkələrinə gedən suriyalıların artıq 25000-dən çoxu Türkiyəyə geri qayıdıb. Suriyalıların geri qayıtması prosesinin 2019-cu ilin sonuna qədər davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az